Torpaqların Elektron Kadastr Uçotuna Tərtər rayonunda da start verilib: Bununla bağlı regional İşgüzar Forum keçirilib

Torpaqların Elektron Kadastr Uçotuna Tərtər rayonunda da start verilib: Bununla bağlı regional İşgüzar Forum keçirilib 30.01.2019 16:25

Bildirib ki, Fərmandan irəli gələn tapşırıqların icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri uğurla həyata keçirilir. Həmin fərmanın rayonda da icrası ilə əlaqədar olaraq cari ildə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Bildirilib ki, artıq respublikanın 12 rayonunda elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıbdır. Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Hazırda ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi, ona bitişik şəhər və qəsəbələr üzrə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 2017-ci ildə 3 respublika tabeli şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işinin yekunlaşdırılması planlaşdırılır. 14 kənd rayonunda kadastr işlərinə 1 milyon hektara yaxın ərazi,  700 minə yaxın  torpaq parseli  cəlb ediləcəkdir. 2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət və keyfiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.

Bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri  düzgün müəyyənləşdirilərək əks olunur. Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbulu üçün imkanlar yaradacaq. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınması, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi işi yeni mərhələyə keçəcək. Müasir bələdiyyə xəritələrinin hazırlanmasına nail olunacaq. Layihə çərçivəsində  torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqlar aradan qaldıracaq. Hər bir torpaq sahəsi və onun üzərindəki daşınmaz əmlaklar barəsində dəqiq məlumatların əldə edilməsi sonradan onların qeydiyyatı prosesini sadələşdirəcək. Bununla da vətəndaş məmnunluğu təmin ediləcək. Sistem eyni zamanda bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına səbəb olacaq.

Torpaq uçotu işlərinin yekununda kənd təsərrüfatı istehsalatının ərazi üzrə düzgün planlaşdırılması, eroziya, sürüşmələr kimi proseslərin düzgün qiymətləndirilməsi, habelə torpaqların mənfi təsirlərdən qorunması məqsədi ilə layihələndirmə işlərinin aparılması üçün imkanlar yaradılacaqdır. Tərtər rayonunda torpaq uçotu işlərinin 2018-ci ildə yekunlaşması nəzərdə tutulur.   

Qeyd edilməlidir ki, Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur. Bununla bağlı Komitə ilə “Azərkosmos” arasında anlaşma memorandumu imzalanıb

Müzakirə şəraitində davam edən tədbirdə bir sıra məsələlərlə bağlı suallar cavablandırılıb.