Sahibkarların Nəzərinə!

Sahibkarların Nəzərinə! 19.03.2019 10:37

Komitənin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi icra hakimiyyəti orqanının, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə baxır.

Komitənin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların vəzifəli şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən Apellyasiya Şurasına verilmiş şikayətlərə Apellyasiya Şurasında o halda baxılır ki, eyni məzmunlu şikayətə, ilkin olaraq, həmin qurumlara və vəzifəli şəxslərə münasibətdə komitənin sistemində hər hansı yuxarı orqan və ya yuxarı vəzifəli şəxs baxmış olsun.

Şuraya ünvanlanmış şikayətlər yazılı formada (o cümlədən elektron qaydada) tərtib edilməli və aşağıdakı məlumatları özündə əks etdirməlidir.

  • ünvanlandığı qurumun – Apellyasiya Şurasının adı;
  • şikayət edən şəxsin adı, soyadı, atasının adı, ünvanı, telefonu, VÖEN-i;
  • şikayətin məzmunu və şikayətçinin tələbi (tələbləri);
  • şikayətin predmeti üzrə bundan əvvəl komitəyə edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;
  • şikayətlə əlaqədar digər sənədlər (olduqda).

Hörmətli sahibkarlar! Sahibkarlıq fəaliyyətinizlə əlaqədar komitənin və onun qurumlarının qəbul etdikləri qərarlardan narazı qaldığınız halda ilkin olaraq komitənin Apellyasiya Şurasına müraciət etməyiniz tövsiyə olunur.

Ünvan: Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50

Telefon: (994-12) 490 24 08 (daxili: 107)

E-poçt: office@emdk.gov.az

            apellyasiya@emdk.gov.az