Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin regionlarda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişilmişdir

Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin regionlarda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişilmişdir 10.05.2019 10:46

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 25 may 2019-cu il tarixində Şəki rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edəcək. Komitə sədri tərəfindən qəbul saat 10:00-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  keçiriləcək. Həmin gün Komitənin sədr müavinləri Rafiq Cəlilov Qax rayonunda, Rüstəm Şahbazov isə Zaqatala rayonunda vətəndaşlarla görüşəcəklər. Komitə sədrinin müavinlərinin qəbulu saat 10:00-da müvafiq olaraq Qax və Zaqatala  şəhərlərində  yerləşən Heydər Əliyev Mərkəzlərində keçiriləcəkdir.

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65

Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsi:

(02424) 4-26-10, (02425) 5-43-83, (02422) 5-22-52

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və 18 saylı                  

Zaqatala Ərazi İdarəsi:

(02424) 4-21-30, (02425) 5-51-96, (02422) 4-00-63