Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 2-də “AZPOS-Real Time GNSS xidməti: dəqiqlik, fasiləsizlik və etibarlılıq” mövzusunda İctimai Təqdimat keçirəcək. Məqsəd AzPOS sistemi haqqında ümumi anlayış, göstərdiyi xidmət növləri, onların üstünlükləri, o cümlədən tətbiq sahələri, xidmətin faydaları haqqında məlumat verməkdir. Eyni zamanda sistemdən istifadə edənlərin sayını artırmaq da əsas vəzifələrdəndir. Tədbirdə nəqliyyatın intellektual idarə edilməsi, kənd təsərrüfatı, neft sənayesi, o cümlədən geodeziya və digər sahələrdə fəaliyyət göstərən qurumların, şirkətlərin nümayəndələri iştirak edəcəklər.
Tədbir saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31, Elmlər Akademiyası metrosunun arxası) baş tutacaq.