Əmlak Məsələləri Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib 30.01.2019 16:25

Heydər Əliyev 30 ildən artıq tarixi bir dövrdə Azərbaycana rəhbərlik etmişdir. Bu dövrlərdə ölkəmizin iqtisadi tərəqqisinin yüksək həddə çatması Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, beynəlxalq səviyyədə tanınmasına zəmin yaratdı. Ölkəmiz keçmiş Sovet İttifaqında qabaqcıl sənaye və kənd təsərrüfatı respublikasına çevrildi. Respublikamızın müxtəlif bölgələrində yerləşən çoxlu sayda yeni sənaye və emal müəssisələri yaradılmışdır. Bilavasitə Ulu Öndərimizin uzaqgörənliyi sayəsində minlərlə azərbaycanlı mütəxəssislər ittifaq dövlətinin müxtəlif şəhərlərində yerləşən ən məşhur universitetlərdə və institutlarda təhsil alaraq vətənə dönmüşlər. Bununla da Azərbaycan üçün güclü kadr potensialı yaranmışdır.

Müstəqil Azərbaycanın yeni iqtisadi modelinin köklü mülkiyyət islahatları bazasında formalaşması zəruriliyini əsas götürən Ulu Öndər mülkiyyətin müxtəlif formalarının mövcudluğunu təsbit etdi. Bununla bağlı dövlət tərəfindən hüquqi təminatları ölkənin yeni konstitusiyasında əks etdirdi.

Ölkəmizdə güclü inkişafdan doğan tələblərə uyğun olaraq həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsində Azərbaycanda mülkiyyət münasibətlərində ciddi dəyişikliklər baş vermişdir. Qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq aparılan genişmiqyaslı özəlləşdirmə Azərbaycanda əmlaka sahibliyin yeni sturukturunun formalaşması ilə nəticələnmişdir. Mülkiyyət münasibətlərinin dəyişilməsinə uyğun olaraq, əmlak idarəçiliyi sistemi inkişaf etdirilmiş, bu sahədə yeni mexanizmlər yaradılmışdır. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə əmlak idarəçiliyi sahəsində islahatların digər mühüm istiqamətini torpaq islahatları və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının yeni sisteminin yaradılması olmuşdur.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirmişdir ki,   Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlardır. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi və əhəmiyyətli rolu vardır.

Tədbirdə Heydər Əliyev siyasi kursunun laiqli davamçısı Prezidentimiz İlham Əliyev tərəfindən milli dövlətçiliyimizin inkişafı naminə həyata keçirilən uğurlu islahatlar və nailiyyətlər qeyd edilmiş, Azərbaycan xalqının gələcəyinin Ulu Öndərimizin ölməz ideyalarının tətbiqi ilə bağlı olduğu vurğulanmışdır. Bugün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, çərçivəsində özəlləşdirilmə və əmlak idarəçilyi sahəsində innovativ layihələr, modern yanaşmalar tətbiq edilir. Müxtəlif sahələr üzrə özəlləşdirilmiş müəssisələr regionlarda uğurlu fəaliyyət göstərirlər. Uğurlu islahatların nəticəsidir ki, Azərbaycan bu gün artıq özü investisiya qoyan ölkəyə çevrilmişdir.

Azərbaycan Respublikasının birinci vitse prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin milli-mənəvi ideyaları və sosial-mədəni strategiyasını uğurla davam etdirən, onun ideyalarını yaşadan Heydər Əliyev Fondu tərəfindən birçox sosial layihələr, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, olimpiya idman hərəkatının daha da inkişaf etdirilməsi sahəsində bir çox uğurlu layihələr həyata keçirilir. Bütün bunlar xalqımıza diqqət və qayğının göstəricisi olmaqla yanaşı, Ümummilli Liderimizin arzularının və ideallarının şanlı təcəssümüdür.

Tədbirdə qeyd olunmuşdur ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. Demək olar ki, bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.