10 dekabr hərracına 120 dövlət əmlakı çıxarılıb

10 dekabr hərracına 120 dövlət əmlakı çıxarılıb 12.11.2019 15:18
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 10 dekabr tarixində keçiriləcək. Hərraca ümumilikdə 120 dövlət əmlakı çıxarılıb. Onlardan 70-i kiçik dövlət müəssisə və obyekti, 19-u  səhmdar cəmiyyəti, 6-sı yarımçıq tikili və qeyri-yaşayış sahəsi, 25-i isə nəqliyyat vasitəsi və avadanlıqlardır.
Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahələri 12.2 kv.m ilə 2102.4 kv.m arasındadır. Respublikanın müxtəlif bölgələrində yerləşən bu dövlət əmlakları arasında ticarət, xidmət obyektləri, o cümlədən istehsal müəssisələri, əmlak kompleksləri, qeyri-yaşayış binaları var.
Fərqli sahələr üzrə fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında səhm paketləri özəlləşdirməyə çıxarılıb. Bu dövlət əmlakları Salyan, Oğuz, Lerik, Sabirabad kimi şəhər və rayonlarda yerləşir.
Nəqliyyat vasitələrinin isə buraxılış tarixləri 2007 və 2008-ci illərdir. VAZ və Nissan markalı bu avtomobillərin ilkin hərrac qiymətləri 3 min 100 manatla 10 min manat arasındadır.
Qeyd edək ki, 12 noyabr tarixində növbəti özəlləşdirmə hərracı baş tutub. Rəqabətli hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin buraxılış tarixləri 2006-2008-ci illərdir. Avtomobillər Mercedes, Qaz, BMW və Fiat kimi markalara aiddir.
Hərraclara çıxarılan hər bir dövlət əmlakı ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Sifarişçilərlə yanaşı, hərraca marağı olan digər şəxslər də özəlləşməyə onlayn qoşula bilər.