Dövlət Komitəsinin rəhbərliyinin Qusarda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Dövlət Komitəsinin rəhbərliyinin Qusarda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirildi 12.12.2019 15:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun  Qusar rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Belə ki, qəbulun vaxtı dekabrın 14-dən dekabrın 16-na keçirilib. Qəbul dekabrın 16-da, saat 10:00-da Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilərlər:
 Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
 Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65
 Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz ərazi şöbəsi:
 (02338) 5-24-87
         Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi:
         (02338) 5-37-45