İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 9-da Bakı şəhəri, Xətai rayonu, Neapol küç, 26 ünvanında, sentyabrın 11-də isə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 5c ünvanında keçiriləcək.
Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq on dörd ünvanda səyyar sənəd qəbulu aparılıb.
Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.