Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan uğurlu siyasi-iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtidar-müxalifət dialoqu və siyasi plüralizm ənənələri formalaşır. Bu islahatların tərkib hissəsi olaraq, siyasi partiyaların fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər görülür. Belə ki, dövlət başçısının tapşırığına uyğun olaraq, siyasi partiyalar iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi məqsədilə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunur, onların iş şəraiti yaxşılaşdırılır.