Daha 4 siyasi partiyaya ofis sahələri verilib, bununla da son günlərdə ofislə təmin edilən partiyaların sayı 14-ə çatıb

Daha 4 siyasi partiyaya ofis sahələri verilib, bununla da son günlərdə ofislə təmin edilən partiyaların sayı 14-ə çatıb 18.12.2020 15:46
  Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan uğurlu siyasi-iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtidar-müxalifət dialoqu və siyasi plüralizm ənənələri formalaşır. Bu islahatların tərkib hissəsi olaraq, siyasi partiyaların fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər görülür. Belə ki, dövlət başçısının tapşırığına uyğun olaraq, siyasi partiyalar iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi məqsədilə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunur, onların iş şəraiti yaxşılaşdırılır.
  Dekabrın 17-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 4 siyasi partiyaya ofis sahələrinin açarları təqdim olunub. Azərbaycan Respublikaçılar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.
  Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə 14 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin edilib.