Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə! 26.01.2021 16:02
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzinə zəng etməklə Əmlak Xidmətləri Məkanına müraciət etmək və ya onlayn növbəyə yazılmaq mümkündür. Belə ki, vətəndaşlar 193 Çağrı Mərkəzinə zəng etdikdən sonra 4 ardınca 1 düyməsini seçdikdə Əmlak Xidmətləri Məkanı ilə bağlı məlumat əldə edə, sorğu və ya təkliflərini bildirə, 4 ardınca 2 düyməsini seçməklə isə öncədən onlayn növbəyə yazıla bilərlər.