Ötən il 193 Çağrı Mərkəzi və onlayn resurslar vasitəsi ilə 46 444 müraciət daxil olub

Ötən il 193 Çağrı Mərkəzi və onlayn resurslar vasitəsi ilə 46 444 müraciət daxil olub 04.02.2021 13:34
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaşların müraciətlərinin operativ cavablandırılması, hüquqi yardımın göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır. Xidmətin fəaliyyəti ilə bağlı sorğular 193 Çağrı Mərkəzi, rəsmi sayt (emlak.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə cavablandırılır.

Ümumilikdə, 2020-ci il ərzində Çağrı Mərkəzi, onlayn çat  və sosial şəbəkələr vasitəsi ilə Dövlət Xidmətinə 46 444 müraciət daxil olub. Onlardan 43 694-ü 193 Çağrı Mərkəzinin, 2750-si isə onlayn resursların payına düşür. Çağrı Mərkəzinə daxil olan müraciətlərin 42903-ü sorğu xarakterli, 791-i isə araşdırma tələb edən məsələlər olub.

Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və rüsumlar, dövlət reyestrindən çıxarışın alınması, daşınmaz əmlak barədə yüklülük, torpaqların təyinatının dəyişdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi və s. məsələləri əhatə edib.

Qeyd: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzi həftə içi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.