Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.
İqtisadiyyat Nazirliyi də bu prosesdə yaxından iştirak edir. İqtisadiyyat Nazirliyinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində səyyar vaksinasiya məntəqəsi yaradılıb və könüllü olaraq vaksinasiyadan keçmək istəyən Nazirliyin əməkdaşları həkim yoxlanışından sonra peyvənd olunurlar.
Qeyd edək ki, Nazirliyin 1700-ə yaxın əməkdaşı vaksinasiya üçün müraciət edib və onların bu həftə ərzində peyvənd olunması nəzərdə tutulur.
Ümumilikdə isə, vaksinasiya başlayandan indiyədək İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların 2600-dən çox əməkdaşı peyvənd olunub.