Növbəti özəlləşdirmə hərracı keçirilib

Növbəti özəlləşdirmə hərracı keçirilib 30.06.2021 15:14

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 29-da təşkil olunmuş növbəti hərracda 9 dövlət əmlakı özəlləşdirilib. Bunlardan biri səhmdar cəmiyətinin dövlətə məxsus səhm paketi, 8-i isə nəqliyyat vasitəsidir.

Hərracda Bərdə rayonunda “Bərdə Kərpic” ASC-nin dövlətə məxsus səhm paketi satılıb.

Özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/3A7F6Fn)

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.