23 avqust hərracında 11 dövlət əmlakı özəlləşdirilib

24.08.2022 16:10

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə sahəsində elektron xidmətlərin tətbiqi, hərracları onlayn izləmək imkanının yaradılması investorların prosesə olan marağını artırıb.

Xidmət tərəfindən avqustun 23-də keçirilən növbəti hərracda 1 kiçik dövlət müəssisəsi, 10 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 65 sifariş qəbul olunub, bunun 19-u elektron qaydada həyata keçirilib.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Binəqədi rayonunda yerləşən “B.Sərdarov adına Maşınqayırma Zavodu”  MMC olub. Ümumi faydalı sahəsi 58 472 kvadratmetr, torpaq sahəsi isə 117 787 kvadratmetr olan müəssisə 14 489 788 manata özəlləşdirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsində rəqabət müşahidə edilib.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu). Məlumat üçün bildiririk ki, növbəti hərrac 30 avqust tarixində keçiriləcək. Hərracda iştirakçılara 55 dövlət əmlakı təklif edilir. Bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 12-si kiçik dövlət müəssisə və obyekti, 1-i yarımçıq tikili, 36-sı isə nəqliyyat vasitəsidir.