İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 27-də növbəti hərrac keçirilib. Hərracda 13 nəqliyyat vasitəsi satılıb.
Nəqliyyat vasitələrinə edilən sifarişlərin çoxluğu hərracı rəqabətli edib. İlkin satış qiyməti 3 250 manata olan “Subaru Forester” markalı avtomobilə edilən ən son təklif 9 950 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Rusiya istehsalı olan avtomobillərdir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://clck.ru/32AsZQ )
Məlumat üçün bildiririk ki, növbəti hərraclar 4, 11,18, 25 oktyabr tarixlərində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 40 kiçik dövlət müəssisə və obyekti, 130 nəqliyyat vasitəsi çıxarılacaq.