İqtisadiyyat Nazirliyində təşkil olunan növbəti "Uğur yolu" karyera inkişafı proqramının final mərhələsinin nəticələri açıqlanıb. Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri 2022-ci il üzrə keçirilən "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub.
İştirakçılar seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçib, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqların həllində iştirak edərək müvafiq səriştələr üzrə qiymətləndirilib və təqdimatlarla çıxış ediblər.