İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar

01.11.2022 11:37

İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar

Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi və girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2022-ci ilin yanvar-sentyabr aylarının statistikasına nəzər yetirək.

Cari ilin yanvar-sentyabr ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə 51.347 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14.549 və ya 39,5% çox olub.   

2022-ci ilin ilk 9 ayı ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar

2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 29.375 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 9 ayı ərzində girov qoyulmuş ümumi 51.347 əmlakdan 8.946-sı torpaq sahəsinin, 7.931-i isə fərdi yaşayış evinin payına düşüb.

 

2022-ci ilin yanvar-sentyabr ayları ərzində

daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

 

Əmlak növləri

Müqavilə sayı

Ümumi göstəricidə payı (faizlə)

Mənzil

29375

57.2%

Torpaq sahəsi

8946

17.4%

Fərdi yaşayış evləri

7931

15.4%

Qeyri-yaşayış sahələri

1810

3.5%

Qeyri-yaşayış binaları

1709

3.3%

Bağ evləri

992

1.9%

Digərləri

584

1.1%

Ümumi say

51347

100.0%

 

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb. Cari ilin yanvar-sentyabr ayları ərzində paytaxtda ümumilikdə 28.243  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5781 müqavilə), 2 saylı Sumqayıt (3439 müqavilə), 3 saylı Gəncə (2394 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (2291 müqavilə) aparılıb. Həmçinin, 17 saylı Yevlax və 13 saylı Şirvan ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qəbul etmək olar.

 

Sıra №

Ərazi İdarələrinin adı

İpoteka müqaviləsinin ümumi sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

1 saylı Bakı Ərazi İdarəsi

28243

55.0%

2.

4 saylı Abşeron Ərazi İdarəsi

5781

11.3%

3.

2 saylı Sumqayıt Ərazi İdarəsi

3439

6.7%

4.

3 saylı Gəncə Ərazi İdarəsi

2394

4.7%

5.

5 saylı Xaçmaz Ərazi İdarəsi

2291

4.5%

6.

17 saylı Yevlax Ərazi İdarəsi

1105

2.2%

7.

13 saylı Şirvan Ərazi İdarəsi

955

1.9%

8.

7 saylı Bərdə Ərazi İdarəsi

881

1.7%

9.

6 saylı Beyləqan Ərazi İdarəsi

810

1.6%

10.

10 saylı Lənkəran Ərazi İdarəsi

751

1.5%

11.

11 saylı Şəmkir Ərazi İdarəsi

718

1.4%

12.

12 saylı Şəki Ərazi İdarəsi

637

1.2%

13.

9 saylı Qəbələ Ərazi İdarəsi

631

1.2%

14.

16 saylı Ucar Ərazi İdarəsi

628

1.2%

15.

8 saylı Cəlilabad Ərazi İdarəsi

620

1.2%

16.

15 saylı Tovuz Ərazi İdarəsi

602

1.2%

17.

14 saylı Şamaxı Ərazi İdarəsi

438

0.9%

18.

18 saylı Zaqatala Ərazi İdarəsi

423

0.8%

Ölkə üzrə

51347

100%

 

 

Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Bütün girov qoyulan mənzillərin 92,6%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (14 müqavilə), 9 saylı Qəbələ (14 müqavilə) və 11 saylı Şəmkir (23 müqavilə) ərazi idarələridir.


Mənzillərin ən çox girov qoyulduğu bölgələr

 

Sıra №

Ərazi İdarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

1 saylı Bakı Ərazi İdarəsi

21601

73.5%

2.

4 saylı Abşeron Ərazi İdarəsi

3298

11.2%

3.

2 saylı Sumqayıt Ərazi İdarəsi

2297

7.8%

4.

3 saylı Gəncə Ərazi İdarəsi

898

3.1%

5.

17 saylı Yevlax Ərazi İdarəsi

423

1.4%

6.

13 saylı Şirvan Ərazi İdarəsi

221

0.8%

Ölkə üzrə

29375

100%

 

2022-ci ilin 9 ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və  10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir.

 

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

Sıra №

Ərazi İdarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

1 saylı Bakı Ərazi İdarəsi

2220

28.0%

2.

4 saylı Abşeron Ərazi İdarəsi

1114

14.0%

3.

3 saylı Gəncə Ərazi İdarəsi

738

9.3%

4.

5 saylı Xaçmaz Ərazi İdarəsi

542

6.8%

5.

7 saylı Bərdə Ərazi İdarəsi

432

5.4%

6.

10 saylı Lənkəran Ərazi İdarəsi

334

4.2%

Ölkə üzrə

7931

100%

Cari ilin 9 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (156 müqavilə) və 15 saylı Tovuz (170 müqavilə) ərazi idarələridir.


Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Sıra №

Ərazi İdarələri

İpoteka müqaviləsinin sayı

Ölkə üzrə göstəricidə payı

(faizlə)

1.

5 saylı Xaçmaz Ərazi İdarəsi

1529

17.1%

2.

1 saylı Bakı Ərazi İdarəsi

1440

16.1%

3.

4 saylı Abşeron Ərazi İdarəsi

1070

12.0%

4.

3 saylı Gəncə Ərazi İdarəsi

524

5.9%

5.

2 saylı Sumqayıt Ərazi İdarəsi

471

5.3%

6.

11 saylı Şəmkir Ərazi İdarəsi

446

5.0%

Ölkə üzrə

8946

100%