Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” işçi qrupunun üzvlərinin iştirakı ilə müvafiq indikator üzrə diaqnostika matrisası hazırlanmış və onun əsasında hesabatın “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 12.12.2022-ci il tarixində təsdiq edilmişdir.
Yol Xəritəsində qeyd olunan tədbirlərin müzakirəsi və onların icrası, eləcə də daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı və vahid ödəniş sisteminin tətbiqi ilə əlaqədar qəbul edilmiş qanunvericilik aktlarının müzakirəsi məqsədilə 27.01.2023-cü il tarixdə saat 15:00-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində işçi qrupunun rəhbəri, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun rəhbərliyi ilə görüşün keçirilməsi nəzərdə tutulmuşdur.