15 fevralda keçirilən hərracda 5 faydalı qazıntı yatağı istifadəyə verilib

16.02.2023 10:54
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən 15 fevral hərracında Xızıda yerləşən “Şurabad” qum yatağının 22 ha sahəsi,  Balakəndə “Göyəmtala” gil yatağının 3,22 ha,  Qazaxda “Aşağı Salahlı” gil yatağının və “Daş Salahlı-III” sement xammalı yatağının  müvafiq olaraq 20 ha və 25 ha, Ağstafada “Acıdərə” vulkan külü yatağının 6 ha sahəsi istifadəyə verilib.

Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (  https://clck.ru/33Yw9k )