İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüşüb.
Pakistanın İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn, sənayelər və istehsal naziri Seyid Murtaza Mahmud və neft üzrə dövlət naziri Musadik Məsud Malikin iştirak etdiyi görüşdə Pakistanla Azərbaycan arasında sıx dostluq və qardaşlıq münasibətləri vurğulanıb, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün böyük potensial, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişlənməsində rolu qeyd edilib.
Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya, sənaye və enerji sahələrində əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar.