Mayın 2-də hərrac keçiriləcək

Mayın 2-də hərrac keçiriləcək 04.04.2023 10:16
Növbəti hərraca 60 dövlət əmlakı çıxarılıb. Yerli və xarici investorların, vətəndaşların səhmdar cəmiyyətin səhm paketlərinə, kiçik dövlət müəssisə və obyektə, nəqliyyat vasitəsinə sahib olmaq imkanı var.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 2-də hərrac keçiriləcək. Hərraca 5 səhmdar cəmiyyətin səhm paketləri, 19 kiçik dövlət müəssisə və obyekti, 36 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında nəqliyyat, inşaat, təmir sahələrinə aid müəssisələr var. Bu səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında həmçinin, yardımçı təsərrüfat, əmlak kompleksi, iaşə obyekti, mağaza, yeraltı dayanacaq da var.

Oğuz şəhərində yerləşən “Şahdağ” yeməkxanası turizm baxımından əlverişli mövqedə yerləşir. İlkin start qiyməti 56 600 manat olan əmlakın ümumi faydalı sahəsi 113 kvadratmetr, torpaq sahəsi isə 40 sotdur. 

Hərraca müxtəlif növ nəqliyyat vasitələri də çıxarılıb. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 3500 manatla 11500 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH)