16 və 23 may tarixlərində özəlləşdirmə hərracları keçiriləcək

16 və 23 may tarixlərində özəlləşdirmə hərracları keçiriləcək 26.04.2023 14:09
Hərrac vasitəsilə əmlak almaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar sadədir. Növbəti hərraclara 57 əmlak çıxarılacaq.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 16-da təşkil olunacaq hərraca 8 kiçik dövlət müəssisəsi, 24 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri, mağaza da var. Nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya və Yaponiya istehsalıdır.

Mayın 23-də keçiriləcək hərraca 3 səhmdar cəmiyyətin səhm paketi, 22 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri inşaat, sənaye sahələrinə aiddir. Bu səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.