İyunun 20-də keçirilən hərracda 14 əmlak satılıb

22.06.2023 17:09

Hərracda 1 kiçik dövlət müəssisəsi və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 1 kiçik dövlət müəssisəsi və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. 

Özəlləşdirilən kiçik dövlət müəssisəsi Gəncə şəhərində yerləşən iaşə obyektidir.  

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, hərracda 5 900 manat ilkin start qiyməti ilə təklif edilən “Chevrolet Niva” markalı avtomobil 6 660 manata satılıb.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.   

Məlumat üçün bildiririk ki, səhmdar cəmiyyətlərin səhm paketi, kiçik dövlət müəssisəsi, yarımçıq tikili və nəqliyyat vasitələri üzrə növbəti hərraclar 4, 11 və 19 iyul tarixlərində keçiriləcək.