“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Qaradağ rayonu, Qobustan qəsəbəsində

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Qaradağ rayonu, Qobustan qəsəbəsində 30.01.2019 16:25

Bu kampaniyanın əsas hədəfi daha operativ və əlçatan formada mülkiyyət hüququndan istifadəni təmin etmək, ölkədə leqal daşınmaz əmlakların sayını artırmaqdır. Bütün lazimi avadanlıqlarla təmin olunmuş mobil ofislərdə müasir və innovativ üsullarla göstərilən xidmətlər  birbaşa olaraq vətəndaş rahatlığına yönəlib. Müvafiq ərazi idarəsi ilə yaradılan əlaqə və məlumat mübadiləsi əsasında xidmətlərin struktur bölmələrdəki kimi göstərilməsi vətəndaş məmnunluğu ilə nəticələnir.

Qeyd edək ki, bu sosial kampaniya fəaliyyətə başladığı gündən ölkə üzrə ümumilikdə 17 kənd və qəsəbə sakinlərini bütün növ  daşınmaz əmlakın qeydiyyat xidmətləri ilə təmin edib.  Mindən çox vətəndaş vaxt itirmədən, gündəlik məşğuliyyətdən uzaqlaşmadan ictimai əhəmiyyətli aksiyanın üstünlüklərindən istifadə edib.